Fransa polisi şagirdlərin məktəblərin qarşısında keçirdikləri etiraz aksiyaları zamanı 440 nəfəri saxlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nunyes BFMTV-də bildirib .
Nunyesin sözlərinə görə, həbs olunanların təxminən üçdə ikisi nəzarətə götürülüb. Həbslər əsasən əmlaka ziyan vurma və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlarla bağlı olub. Həbs olunanların əksəriyyəti yetkinlik yaşına çatmayanlar olub.
Daxili İşlər Naziri həmçinin bildirib ki, iğtişaşlar zamanı 48 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına xlorid turşusu atılması ilə bağlı yeddi hadisə qeydə alınıb.
Paytaxt bölgəsindəki orta məktəb şagirdləri artıq bir həftədir ki, həddindən artıq çox dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə qarşı etiraz aksiyaları keçirirlər . Bəzi hallarda etirazlar iğtişaşlara çevrilib, yanğınlar və polislə toqquşmalarla müşayiət olunub