BAKI, 14 may. TELEQRAF
Ermənistan Rusiya silahlarını almaqdan imtina edib, əvəzində İrəvan Hindistan və Fransadan silah almağa başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Vedomosti” məlumat yayıb.
Rusiya nəşri yazır ki, 2022-2023-cü illərdə Ermənistan Hindistanla 1,5 milyard dollardan çox, Fransa ilə isə 250 milyon dollarlıq müdafiə müqavilələri imzalayıb. İrəvan Rusiya ilə sonuncu müdafiə sazişini 2021-ci ildə bağlayıb. Saziş hələ də tam icra olunmayıb.
Nəşr qeyd edir ki, Ermənistan Hindistandan 214 mm-lik “Pinaka” reaktiv yaylım atəş sistemləri, 155 mm-lik ATAGS artilleriya sistemləri, ZADS antidron sistemləri, “Akaş-1S” hava hücumundan müdafiə sistemləri, həmçinin “Konkurs” tank əleyhinə raket kompleksləri alıb.
Mənbəyə görə, Ermənistan Fransadan 3 “GroundMaster 200” radarı, “Mistral 3” portativ zenit-raket kompleksi və SEZAR özüyeriyən artilleriya qurğusu sifariş edib.