BAKI, 24 aprel. TELEQRAF

Türkiyə Müdafiə Nazirliyi 1915-ci il hadisələri ilə bağlı sosial mediada paylaşım edib.

Teleqraf xəbər verir ki, ölkənin müdafiə qurumu olaylar zamanı ermənilərin törətdikləri cinayətlərə diqqət çəkib.

“1915-ci il hadisələri zamanı ermənilər tərəfindən qətlə yetirilən müdafiəsiz və günahsız türkləri rəhmətlə yad edirik”, - nazir bildirib.

Xatırladaq ki, ermənilər həmin hadisələrlə bağlı özləri barədə Türkiyəyə qarşı qondarma soyqırımı iddiasını irəli sürüblər.