
BAKI, 21 mart. TELEQRAF
Cənubi Qafqaz Rusiya və ABŞ-nin marağında deyil, indi bura ilə əsasən Türkiyə maraqlanır.
Teleqraf xəbər verir ki, bunu rus analitik, Norveçin Oslo Sülh Tədqiqatları İnstitutunun professoru Pavel Baev deyib.
“Cənubi Qafqaz bizə coğrafiya, güc balansı, geosiyasi miqrasiya axını və əsas ticarət yollarının nə qədər sürətlə dəyişdiyini və dəyişə biləcəyini göstərir. Hesab edirəm ki, Qafqazın geosiyasi profili aşağı düşür. Bəlkə də Türkiyə istisna olmaqla, bütün xarici qüvvələr Qafqaza getdikcə daha az maraq göstərir, onu getdikcə daha az döyüş meydanı kimi qəbul edirlər. Bir çox səbəblərdən diqqətləri buradan yayınır.
Qafqaz geosiyasi ölçülər daxilində mövcudluğunu itirməyə başlayır. Hazırda Qafqaz Vaşinqtonun (ABŞ) mental xəritəsində deyil. Hər mümkün və qeyri-mümkün istiqamətlərdə Qafqaz nəzərə alınmır”.
Baev Rusiyanın da siyasətinin dəyişdiyini iddia edib:
“Son 10-12 ildə Rusiyanın Qafqaz siyasəti dəyişib. İndi Mərkəzi Asiya Rusiya hökuməti üçün daha böyük əhəmiyyət kəsb edib”.