BAKI, 17 noyabr. TELEQRAF

“Ukrayna əsirlərin mübadiləsi ilə bağlı təkliflərini ABŞ tərəfinə təqdim edəcək, artıq kəşfiyyat kanalları vasitəsilə əlaqə saxlanılır”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Ukrayna əsirlərin mübadiləsi ilə bağlı öz təkliflərini ABŞ tərəfinə təqdim edəcək. Artıq kəşfiyyat kanalları vasitəsilə əlaqə saxlayırıq. Ukrayna yaxın həftələrdə nəticə əldə etməyə hazırdır. Razılaşmanın həyata keçirilmə müddəti Rusiya tərəfinin addımlarının sürətindən və ABŞ komandasının onlarla apardığı danışıqlardan asılıdır”, - Zelenski bildirib.

O xatırladıb ki, hərbi əsirlərin mübadiləsi Əbu-Dabidə keçirilən üçtərəfli görüşdə əldə olunmuş ən mühüm razılaşmalardan biri olub.

Prezidentin sözlərinə görə, görüş zamanı Rusiyada hələ də saxlanılan mülki girovların azad edilməsi ilə bağlı məsələlər də müzakirə olunub. Volodimir Zelenski əlavə edib ki, onların bəziləri genişmiqyaslı müharibə başlamazdan əvvəl əsir götürülüb.