BAKI, 17 noyabr. TELEQRAF

“Gürcüstan və Ukraynanın suverenliyinə hörmət tələbi Avropa İttifaqı (Aİ) ilə Suriya arasında yeni, yenilənmiş assosiasiya sazişinə daxil ediləcək”.

Teleqraf xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

Brüssel məsələni iki mərhələdə həll etməyi planlaşdırır. Əvvəlcə hüquqi çərçivə imzalanacaq, bu da dialoqa tez bir zamanda başlamağa imkan verəcək. Daha sonra Suriyanın hakimiyyət orqanlarından Bəşər Əsədin keçmiş administrasiyasının Gürcüstanın Abxaziya və Sxinvali (Cənubi Osetiya) regionlarının de-fakto müstəqilliyini tanımaqla bağlı qəbul etdiyi qərarları ləğv etməsi tələb olunacaq.

Eyni tələb Ukrayna ilə bağlı da irəli sürüləcək.