BAKI, 18 noyabr. TELEQRAF

Finlandiya Prezidenti Aleksandr Stubb Rusiya-Ukrayna müharibəsinin 2026-cı ilin sonunadək dayandırılacağına inanmır.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində danışıb.

“Ümid edirəm, bu baş verəcək, amma reallaşacağını düşünmürəm”, - Stubb Berlinə səfəri zamanı bildirib.

Finlandiya Prezidenti həmçinin qeyd edib ki, Ukrayna ilə bağlı sülh danışıqlarının aparılması üçün konkret qrafik və gündəlik müəyyənləşdirilməlidir: “Bu gündəliyə təhlükəsizlik təminatları, ərazi məsələləri, atəşkəs və Avropanın təhlükəsizliyi daxil olmalıdır”.