BAKI, 8 avqust. TELEQRAF
Rusiya ordusu Sumı-Kiyev (Ukrayna) qatarının lokomotivinə dronla zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
“Düşmən növbəti dəfə Sumı vilayətində mülki nəqliyyata cinayətkarcasına hücum edib. PUA-larla Sumı-Kiyev qatarının lokomotivinə zərbə endirilib”, - məlumatda bildirilib.
Qeyd olunub ki, təhlükəni vaxtında təsbit edilib. Qatar və lokomotiv heyəti sərnişinləri təhlükəsiz məsafəyə təxliyə edib, nəticədə xəsarət alan olmayıb. Bir vaqona ziyan dəyib.