GƏNCƏ, 9 noyabr. TELEQRAF

Gəncədə "BakuBus"a məxsus avtobus qəza törədib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

"BakuBus"-a məxsus sərnişin avtobusu motosiklet sürən kuryerlə toqquşub. Nəticədə kuryer 2004-cü il təvəllüdlü R.Paşayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.