BAKI, 9 noyabr. TELEQRAF
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşner Əbu-Dabidə keçiriləcək üçtərəfli məsləhətləşmələrdən sonra Rusiyaya səfər edə bilərlər.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz etibarlı mənbələrinə istinadla məlumat yayıb.
Agentliyin yaydığı məlumata görə, Vaşinqtonun xüsusi nümayəndələrinin Moskvaya planlaşdırılan bu səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə də birbaşa görüşü istisna edilmir.
Görüşdə Əbu-Dabi danışıqlarının nəticələri və Ukrayna münaqişəsinin həlli üzrə növbəti addımların müzakirə olunacağı gözlənilir.