BAKI, 9 noyabr. TELEQRAF
Almaniyanın keçmiş kansleri Angela Merkel Bavariya landtaqının sədri İlze Ayqnerin ölkə prezidenti postuna namizədliyinin irəli sürülməsini tarixi hadisə adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə eks-kanslerin rəsmi saytında dərc olunan bəyanatda bildirilir.
"Mən onu uzun illərdir tanıyır və yüksək qiymətləndirirəm. Onun siyasətə olan böyük həvəsi, insanlarla sıx təması, körpülər qurmaq bacarığı, dəyərlərə sadiqliyi, vətən sevgisi, dünyaya açıqlığı və yumor hissi təqdirəlayiqdir", - A.Merkel qeyd edib:
O, Ayqnerin dövlət başçısı seçilmək üçün "bütün şanslara" malik olduğunu vurğulayıb.
Qeyd edək ki, İ.Ayqner Almaniya Federativ Respublikasının tarixində ilk qadın prezident və Xristian-Demokrat İttifaqının bu posta seçilən ilk nümayəndəsi ola bilər.