BAKI, 30 iyul. TELEQRAF

"Telegram" messencerinin yaradıcısı Pavel Durov Rusiyanın terrorçular və ekstremistlər siyahısına daxil edilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidməti ("Rosfinmonitorinq") məlumat yayıb.

Bildirilib ki, P.Durov terrorçuluğa yardım etməkdə ittiham edilir.

Buna səbəb "Telegram"da müxtəlif cinayətlər və terror aktları üçün istifadə olunan qadağan edilmiş qrupların mövcudluğudur.

Qeyd edilib ki, rəsmi qurumlar həmin kanalların silinməsini dəfələrlə tələb etsə də, tətbiq rəhbərliyi bu xəbərdarlıqlara məhəl qoymayıb. Bu səbəbdən Pavel Durova qarşı cinayət işi açılıb və o, beynəlxalq axtarışa verilib.