BAKI, 29 iyul. TELEQRAF
Rusiyada "Telegram" sosial şəbəkəsinin yaradıcısı Pavel Durova qarşı terror fəaliyyətinə kömək etmə maddəsi ilə cinayət işi açılıb və o, beynəlxalq axtarışa verilib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Bildirilib ki, "Telegram" rəhbərliyi Rusiya qanunlarını pozaraq ukraynalı xüsusi xidmət orqanlarının və təhlükəli qrupların istifadə etdiyi kanal, çat və botları silməyib. Bu kanallar vasitəsilə Rusiyada hücumlar, partlayışlar və kiberfırıldaqlar planlaşdırılıb.
Nəticədə qadın və uşaqlar da daxil olmaqla dinc insanlar həlak olub, ölkəyə milyardlarla ziyan vurulub.
Qeyd edək ki, vurğulanan maddə üzrə P.Durovu 8 ildən 15 ilədək həbs, hətta ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.