BAKI, 10 noyabr. TELEQRAF

İspaniyanın “Barselona” klubu Almaniya millisinin və “Bayern Münhen”in futbolçusu Conatan Ta ilə yenidən maraqlanır.

Teleqraf “Sky Deutschland”a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin idman direktoru Dekonun 30 yaşlı müdafiəçini yaxından izləyir.

“Bayern Münhen”isə futbolçusu ilə yollarını ayırmaq niyyətində deyil. Hazırda tərəflər arasında rəsmi danışıqlar başlamayıb.

Qeyd edək ki, Conatan Tanın “Bayern Münhen”lə müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir.