BAKI, 10 noyabr. TELEQRAF

Hindistanda "Apple" üçün hissələr istehsal edən "Tata Electronics" fabrikində baş verən hadisədə üç müqaviləli işçi ölüb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, dünən axşam saatlarında baş verən ölüm hadisəsi "Apple", "Tata" və səlahiyyətli dövlət orqanları və birbaşa məlumata malik iki sənaye mənbəyi tərəfindən araşdırılacaq.

Rayon rəsmisi Dineş Kumar bildirib ki, üç müqaviləli işçi Tamil Nadu ştatının Hosur şəhərində yerləşən müəssisədə tullantı sularının təmizlənməsi zavodunda aparılan təmir işləri zamanı həlak olub.