BAKI, 10 noyabr. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.
Teleqraf xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Anıtqəbirdəki xatirə dəftərinə aşağıdakı sözləri yazıb:
"Regionumuzun və dünyanın böhranlarla mübarizə apardığı bu çətin dövrdə 86 milyon vətəndaşı olan Türkiyə Respublikasını daha firavan gələcəyə doğru aparmaq üçün bütün resurslarımızı səfərbər etmişik. Millətimizlə məqsəd və idealların birliyində şəhidlərimizin və qazilərimizin müqəddəs əmanəti olan bu səmavi vətəni dirçəltməyə qətiyyətlə davam edəcəyik".
Qeyd edək ki, bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfatının 88-ci ildönümüdür. Atatürk 1938-ci il noyabrın 10-da 57 yaşında İstanbulda dünyasını dəyişib.