BAKI, 10 noyabr. TELEQRAF

Saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb.

Bu barədə Teleqraqf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qar örtüyünün hündürlüyü: (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala), Şahdağda 28, Lazada (Qusar) 24, Xınalıqda 23, Kəlvəzdə (Lerik) 10, Şahbuzda 8, Gədəbəydə 6, Xaltan, Altıağacda 3 sm-dir.

Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı:

Pirallahıda 31, Maştağada 16, Binədə 12, Bakıda 11, Sumqayıtda 3 mm-dir.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı:
Göyçayda 26, Oğuzda 21, Qubada 15, Qəbələdə 12, Astarada 8, Yardımlıda 6, Şamaxı, Neftçala, Lənkəran, İsmayıllı, İmişli, Biləsuvar, Balakən, Kürdəmir, Sabirabad, Beyləqan, Ordubad, Qobustan, Mingəçevir, Zərdab, Xaçmaz, Şabranda 1-5 mm-dir.

Noyabrın 9-u Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti 26 m/s-dək güclənib.

Şahbuz, Ordubad, Göyçay, Zərdab, Kişçay (Şəki), Şamaxı, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.