BAKI, 10 noyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb koalisiyasının qüvvələri Yəmənin paytaxtı Sənada neft şirkətinin binasına və qaz stansiyasına zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə üsyançıların nəzarətində olan SABA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, hücuma Sənanın cənubunda, Əs-Sittin əl-Cənubi küçəsində yerləşən neft şirkətinin binası məruz qalıb.
Yəmən paytaxtının şimalında yerləşən Əl-Məfzar qaz stansiyasına da zərbələr endirilib.
Qeyd olunur ki, mülki müdafiə briqadaları yanan qaz sisternlərinin söndürülməsi üzərində işləyir.