BAKI, 10 noyabr. TELEQRAF
Əbu-Dabidəki danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibi məlum olub.
Teleqraf xəbər verir ki, 11 nəfərdən ibarət nümayəndə heyətinə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.
Heyətə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) operativ informasiya və beynəlxalq əlaqələr xidmətinin rəisi Aleksey Komkov, xarici işlər nazirinin müavinləri Mixail Qaluzin və Sergey Ryabkov, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov daxildir.
Ekspert qismində danışıqlar qrupuna Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəis müavini Yuri Jiqarlovski, Baş Qərargahın informasiya idarəsinin rəisinin birinci müavini Aleksandr Zorin, FSB xidmət rəhbərinin birinci müavini - əks-kəşfiyyat əməliyyatları departamentinin rəhbəri Dmitri Minayev, Rusiya Prezident Administrasiyasının humanitar sahədə dövlət siyasəti üzrə idarə rəisinin müavini Yelena Podobreevskaya, XİN-in MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişuk və XİN-in yayılmama və silahlara nəzarət üzrə departamentinin direktoru Oleq Postnikov daxildir.