BAKI, 24 iyun. TELEQRAF
Ukraynanın Rusiya tərəfindən işğal edilmiş Sevastopola (Krım) hava hücumundan sonra elektrik yarımstansiyasında yanğın baş verib, nəticədə şəhər elektriksiz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilib ki, hava hücumu fonunda Sevastopoldakı əsas elektrik yarımstansiyasında üç yanğın hadisəsi baş verib.
Bütün şəhər elektriksiz qalıb.