BAKI, 26 may. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan komandasının üzvləri ilə görüşdə radikal müxalifətin iyunun 7-də keçiriləcək parlament seçkilərində rüsvayçı şəkildə məğlub olacağını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə “İravunk” Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasındakı mənbələrə istinadla məlumat yayıb.
“Radikallar kompromat materialları ilə amansızcasına məhv edilməlidir”, - Baş nazir deyib.
Nəşrin yazdığına görə, Nikol Paşinyan müvafiq qurumlara müxalifət liderlərinin rüsvayçı fəaliyyətlərinin ifşa edilməsi barədə əmr verib.
“Lazımi kompromatları tapın və rüsvay edin, onlar 7 iyun gecəsi məğlub olacaqlar”, - Ermənistan rəhbəri əlavə edib.