BAKI, 8 may. TELEQRAF
Slovakiya Baş naziri Robert Fitso Moskvaya səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenskinin mesajını rusiyalı həmkarı Vladimir Putinə çatdırmağı planlaşdırır .
Teleqraf xəbər verir ki, bu barədə Slovakiya Xarici İşlər Nazirliyinin dövlət katibi Rastislav Xovaneç məlumat verib.
Diplomatın sözlərinə görə, Fitso Putindən Kremlin müharibəni dayandırmaq perspektivlərinə yanaşması barədə məlumat da ala bilər.
“Hesab edirəm ki, münaqişədə iştirak edən bütün tərəflərlə ünsiyyət qurmaq lazımdır, avropalı siyasətçilər sülh müqaviləsinin bağlanacağı danışıqlar masasında olacaqlarına əmin olmalıdırlar”, - Slovakiya Xarici İşlər Nazirliyinin nümayəndəsi deyib.
Xovaneç əlavə edib ki, son zamanlarda Avropada müharibə ilə bağlı Rusiya Prezidenti ilə danışıqlar aparmaq ideyasını dəstəkləyənlərin sayı artır.
Slovakiya Baş naziri mayın 9-da Moskvaya səfər edəcək.