BAKI, 23 aprel. TELEQRAF

"Drujba" kəməri vasitəsilə neft tədarükünün bərpa olunmasından sonra Slovakiya Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiyalar paketini bloklamağı dayandıracaq.

Teleqraf xəbər verir ki, bu barədə Slovakiya xarici və Avropa işləri naziri Yuray Blanar sosial media hesabında paylaşım edib.

Nazir bildirib ki, neft nəqli fasiləsiz və müqavilədə nəzərdə tutulmuş həcmdə davam edəcəyi təqdirdə rəsmi Bratislava məhdudiyyətlərə mane olmayacaq:

"Mən ölkəmizin Brüsseldəki daimi nümayəndəsinə göstəriş vermişəm ki, neftin nəqli kəsilmədən davam edərsə, Aİ-nin 20-ci sanksiyalar paketinin qəbulu üzrə yazılı proseduru bloklamasın".