BAKI, 19 dekabr. TELEQRAF
“Avropa-Rusiya dialoqunun bərpa edilməsinin vaxtı çatıb”.
Teleqraf xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“İnanıram ki, Vladimir Putinlə söhbət yenidən faydalı olacaq. Avropalılar və ukraynalılar müzakirələri düzgün şəkildə bərpa etmək üçün bir format tapmalıdır. Əks halda, Rusiya ilə məsələləri vasitəçilərlə müzakirə edəcəyik ki, bu da optimal deyil”, - o bildirib.