BAKI, 3 sentyabr. TELEQRAF

“Ukraynanın ilkin, qeyri-nüvə statusuna qayıtması ölkənin təhlükəsizliyinin yeganə real təminatıdır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Ukrayna xalqının ilkin olaraq elan etdiyi neytral, qeyri-nüvə statusunun həyata keçirilməsi Ukraynanın və onun xalqının hüquqlarıdır və bu, onlara təhlükəsizlik zəmanətlərini verir”, - Zaxarova vurğulayıb.