BAKI, 27 iyun. TELEQRAF

Gecə saatlarında Rusiya bölgələri üzərində Ukraynanın 39 pilotsuz təyyarəsi (PUA) məhv edilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

PUA-lar Rostov, Volqoqrad, Belqorod və Samara vilayətləri, eləcə də Ukraynanın işğal edilmiş Krım yarımadası üzərində vurulub.