GƏNCƏ, 11 noyabr. TELEQRAF
Gəncədə evdən iki dostun meyiti tapılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Dəmir Yolu Vağzalı yaxınlığında olan binalardan birində qeydə alınıb.
İlkin məlumata görə, İsgəndər Hacıyev (1972) və Tural Məmmədov (1987) həmin ünvanda kirəkeş qalırmışlar. Onların dəm qazından öldüyü bildirilir.
Hər iki şəxsin nəşi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.