BAKI, 11 noyabr. TELEQRAF

Finlandiya Prezidenti Aleksandr Stubb Rusiya Prezidenti Vladimir Putini “uzaqgörən və sakit həmsöhbət” adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, “Frankfurter Allgemeine Zeitung” (FAZ) qəzetinə müsahibəsində danışıb.

“Əgər Ukrayna üzrə danışıqlarda yer almaq istəyiriksə, susa və özümüzü təcrid edə bilmərik. Ruslarla birbaşa danışmalıyıq”, - Finlandiya lideri bildirib.

Stubb Putinlə bu yaxınlarda baş tutan telefon danışığını da şərh edib. Onun sözlərinə görə, rusiyalı həmları “çox uzaqgörən, analitik düşüncəyə malik, yaxşı hazırlıqlı və söhbət zamanı son dərəcə sakit”dir.

Finlandiya Prezidenti əlavə edib ki, Putin həmsöhbətlərini dinləməyi bacarsa da, mövqeyi dəyişməz olaraq qalır.