BAKI, 12 noyabr. TELEQRAF
ABŞ-nin Nyu-York şəhərində binanın bir hissəsi çöküb. Dağıntılar altında insanların qala biləcəyi ehtimal edilir.
Teleqraf xəbər verir ki, bu barədə Nyu-York Yanğından Mühafizə Xidməti məlumat yayıb.
Hadisə şəhərin Bruklin rayonunda baş verib. Əraziyə ixtisaslaşmış xilasetmə qrupları cəlb olunub və dağıntılar altında mümkün zərərçəkənlərin axtarışına başlanılıb.
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.