ŞƏMKİR, 12 noyabr. TELEQRAF
Şəmkirdə iki nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb.
Teleqraf-ın Qərb bürosunun məlumatına görə, “Toyota Land Cruiser” markalı avtomobilin aşması nəticəsində iki nəfər hadisə yerində həyatını itirib, daha bir nəfər xəsarət alıb.
Yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəza zamanı avtomobildə olan Qılıncbəyli kənd sakinləri, 1995-ci il təvəllüdlü Elgün Abbasov və 1995-ci il təvəllüdlü Eşqin Abbasov vəfat ediblər
Faktla bağlı araşdırma aparılır.