BAKI, 12 noyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin bu gün ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşnerlə görüşəcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında bildirib.

Peskov Əbu-Dabidə keçirilən Rusiya–ABŞ–Ukrayna üçtərəfli danışıqlarından sonra amerikalı nümayəndələrin Putinlə günün birinci yarısında görüşüb-görüşməyəcəyi barədə suala müsbət cavab verib.

Uitkoff və Kuşner noyabrın 11-də Əbu-Dabidə keçirilən danışıqlarda iştirak ediblər. Kuşner daha əvvəl Moskvadan sonra ABŞ nümayəndə heyətinin Kiyevə səfər etməyi planlaşdırdığını açıqlayıb.

Bu, Uitkoffun son iki ildə Rusiyaya onuncu, Kuşnerin isə ikinci səfəri olacaq.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Putin əvvəlcə Əbu-Dabidəki danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin hesabatını dinləyəcək, daha sonra ABŞ təmsilçilərinin mövqeyi ilə tanış olacaq.

Lavrovun sözlərinə görə, Rusiya lideri bundan sonra Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Moskvanın gələcək mövqeyinə dair qərar qəbul edəcək. Bununla belə, nazir Rusiyanın mövqeyinin Ukraynada apardığı hərbi əməliyyatın məqsədlərinə nail olmağa yönələcəyini vurğulayıb.