BAKI, 11 noyabr. TELEQRAF

Macarıstanda ölkənin keçmiş Baş naziri Viktor Orbanın kiçik qardaşı, sahibkar Aron Orban həbs edilib.

Teleqraf xəbər verir ki, bu barədə Budapeşt Şəhər Məhkəməsinin rəsmi nümayəndəsi Gerqo Bozo bildirib.

Məhkəmə qərar qəbul edərkən iddia olunan cinayətin ağırlığını, təqsir sübuta yetiriləcəyi təqdirdə mümkün olan ağır cəzanı, eləcə də şübhəlilərin geniş beynəlxalq əlaqələrə malik olmasını nəzərə alıb.

Qeyd edək ki, A.Orban və onun ətrafındakılar Vyetnamdan Avropaya qanunsuz miqrasiyanı təşkil etməkdə şübhəli bilinirlər. Onlar, xüsusilə, ödəniş müqabilində Macarıstan səfirliklərində Şengen vizalarının verilməsinə şərait yaradıblar. Məhkəmənin məlumatına görə, Viktor Orbanın qardaşı 2024-cü ildə yüzdən çox şəxsə bu cür xidmətlər göstərib.