BAKI, 12 noyabr. TELEQRAF
Almaniya Müdafiə Nazirliyi silahlı qüvvələrdə cinsi təcavüz və qanun pozuntuları ilə mübarizə aparmaq üçün 34 maddədən ibarət plan hazırlayıb.
Teleqraf xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Bildirilib ki, müdafiə naziri Boris Pistorius Bundesverdə geniş yayıldığını aşkar edən bir araşdırmadan sonra bu cür pozuntulara qarşı sıfır tolerantlıq siyasəti elan edib.
Pistorius Berlində tədqiqatın nəticələrini parlamentin müdafiə komitəsinə təqdim etdikdən sonra deyib ki, Bundesverdə cinsi zorakılığa qarşı heç bir tolerantlıq olmayacaq:
"Sıfır tolerantlıq bizim prinsipimizdir. Məsələ təkcə insan ləyaqəti ilə deyil, həm də ordunun döyüş effektivliyi ilə bağlıdır".
Bundan əlavə, komandirlərin xidməti fəaliyyəti qiymətləndirilərkən onların qanunsuz davranış hallarına münasibəti nəzərə alınacaq.
Həmçinin yerində təcili dəstək göstərmək üçün xüsusi istintaq qrupunun yaradılması planlaşdırılır.
Pistorius xəbərdarlıq edib ki, pozuntulara yol verən və ya ardıcıl araşdırma aparmayan şəxslər rəhbər vəzifələrdə çalışmamalıdırlar.