BAKI, 11 noyabr. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk və Varşava arasında münasibətlərin yaxşılaşdırılmasına hazır olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, o, qarşıdurmadan, sanksiyalardan və qarşılıqlı ittihamlardan imtina edərək konstruktiv əməkdaşlığa qayıtmağa çağırıb.

Lukaşenkonun sözlərinə görə, son vaxtlar iki ölkə arasında münasibətlər xeyli mürəkkəbləşsə də, Belarus əlaqələrin bərpasında maraqlıdır:

“Əminəm ki, bu vəziyyəti qadağaların və sanksiyaların, hasarların və divarların qarşılıqlı tətbiqi ilə düzəltmək mümkün deyil. Bir sıra məsələlərdə mövqelərimiz fərqlidir və belə də olacaq. Məsələ ondadır ki, bu vəziyyətə anlayışla və dialoqa hazır olmaqla, qarşıdurma və ittihamlara yol vermədən yanaşa biləcəyikmi?”.

Belarus lideri Minskin qarşılıqlı etimad və hörmətin bərpasında maraqlı olduğunu vurğulayıb.