BAKI, 12 noyabr. TELEQRAF
Çin Tayvanla birləşmə məsələsi üzrə dialoqa başlamağa hazırdır.
Teleqraf xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin bəyan edib.
Onun sözlərinə görə, Pekin Tayvanla danışıqları “vahid Çin” prinsipi və 1992-ci il konsensusu əsasında aparmağa hazırdır.
Si Cinpin bildirib ki, Çin tərəfi bu prinsiplər çərçivəsində Tayvanla birləşmə məsələsini müzakirə edə bilər.
Qeyd edək ki, Pekin Tayvanı Çin ərazisinin ayrılmaz hissəsi hesab edir. Tayvan isə özünüidarəetmə sisteminə malikdir.