BAKI, 25 iyun. TELEQRAF

Almaniya Kansleri Fridrix Merts NATO-nun Haaqada keçirilən sammitindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilir ki, Merts görüşdə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nail olmaq üçün Ərdoğandan Rusiya Prezidenti Vladimir Putin üzərindəki nüfuzundan istifadə etməsini xahiş edib.