BAKI, 23 aprel. TELEQRAF

Rusiya qoşunları mayın 9-dək Ukraynanın Donetsk və Dnepropetrovsk vilayətlərinin inzibati sərhədlərinə çatmağa çalışırlar.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Xortitsia” qoşun qrupunun mətbuat xidməti məlumat yayıb.

“Düşmən ordusu Pokrovsk (Donetsk) istiqamətində Yelizavetivka, Mirolyubivka, Kotlin, Udaçnı, Troitski, Oleksivka, Lisivka, Novoserqivka, Novoleksandrivka və Andrivkada hücumlarını davam etdirir. Düşmən mayın 9-dək Donetsk və Dnepropetrovsk vilayətlərinin inzibati sərhədlərinə çatmaq cəhdlərindən əl çəkməyəcək”, - məlumatda bildirilir.

Qeyd olunur ki, Rusiya İkinci Dünya müharibəsində qələbə ilə əlaqədar mayın 9-da Moskvada keçiriləcək hərbi parada qədər cəbhədə müəyyən uğurlar qazanmaq istəyir.