BAKI, 22 aprel. TELEQRAF

"Rusiyanın Ukraynada elan etdiyi Pasxa atəşkəsi ABŞ Prezidenti Donald Trampa təsir göstərmək cəhdindən başqa bir şey deyildi".

Teleqraf xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-Noel Barro deyib.

Fransa Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Pasxa atəşkəsi ilə bağlı jesti qeyri-səmimi olub və sırf siyasi məzmun daşıyır.

“Onun bir qədər gözlənilməz şəkildə elan etdiyi Pasxa atəşkəsi Prezident Trampın səbrini itirməməsi və qəzəblənməsinin qarşısını almaq məqsədi daşıyan marketinq əməliyyatı idi”, - Barro vurğulayıb.