BAKI, 17 aprel. TELEQRAF
Son həftələrdə Ukrayna ordusu Pokrovsk (Donetsk vilayəti) yaxınlığında yerləşən Udaçne, Kotlin və Şevçenko yaşayış məntəqələri ərazisində təxminən 16 kvadrat kilometr ərazini azad edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski məlumat verib.
“Müdafiə əməliyyatını davam etdiririk, əks-hücum əməliyyatları keçiririk və müəyyən uğurlar əldə etmişik. Son həftələrdə Udaçne, Kotlin və Şevçenko yaşayış məntəqələri ərazisində təxminən 16 kvadrat kilometr ərazini azad etmişik”, - Sırski bildirib.