BAKI, 10 aprel. TELEQRAF

Rusiya ordusu aprelin sonu – mayın əvvəlində cəbhədə hücum əməliyyatlarını gücləndirəcək.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müavini, polkovnik Pavlo Palisa deyib.

Polkovnik bildirib ki, ruslar əsas diqqətlərini Donetsk vilayətinin Pokrovsk şəhərinə hücuma yönəldəcəklər. Palisa Kupyan, Liman, Zaporojye və Novopavlivkaya da hücumların artacağını proqnozlaşdırır.

“Məncə, mütləq priorite Pokrovsk olacaq”, - Ukrayna rəsmisi vurğulayıb.