BAKI, 9 aprel. TELEQRAF

Ukrayna PUA-ları Mozdokda (Şimali Osetiya-Alaniya) Rusiya hərbi aerodromuna hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Şimali Osetiya-Alaniya qubernatoru Sergey Menyaylo gecə saatlarında bölgədə hava təhlükəsi elan edildiyini bildirib. Region rəhbəri Mozdokda 15 PUA-nın vurulduğunu açıqlayıb.

“Mozdokda pilotsuz uçan aparatların hücumu dəf edilib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 15 pilotsuz təyyarə hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Tələfat və dağıntı yoxdur”, - Menyaylo qeyd edib.