BAKI, 8 aprel. TELEQRAF

Rusiya ordusu sıralarında döyüşən iki Çin vətəndaşı hərbçilərimiz tərəfindən əsir götürülüb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

“Rusiya ordusunun sıralarında döyüşən iki Çin vətəndaşı hərbçilərimiz tərəfindən əsir götürülüb. Bu, Ukrayna ərazisində - Donetsk bölgəsində baş verib. Bu əsirlərin sənədləri, bank kartları, şəxsi məlumatları da götürülüb.

İşğalçı bölmələrdə (çinli hərbçilərin) iki nəfərdən qat-qat çox olması barədə əlimizdə məlumatımız var. Bütün faktları araşdırırıq, kəşfiyyat və digər qurumlar bu yöndə işləyirlər”, - dövlət başçısı bildirib.