
BAKI, 8 aprel. TELEQRAF
Ukrayna ordusu Rusiya qoşunlarının Donetsk vilayətində genişmiqyaslı hücumunu dayandıra bilib, ruslar artıq ötən ilki kimi sürətlə irəliləmirlər.
Teleqraf xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Denis Popoviç məlumat verib.
“Rusiyanın Donetsk vilayətində genişmiqyaslı hücumu dayandırılıb, amma işğalçıların irəliləməyə çalışdığı yerlər var. Bu, Liman istiqamətidir, orada müəyyən irəliləyişləri var. Amma bu istiqamət yaxın gələcəkdə cəbhədə ən qaynar nöqtə olmaya bilər.
Düşmənin Pokrovskda zəif əks-hücumlarını və Kupyan istiqamətində irəliləyiş cəhdlərini görürük. Bura Zaporojye və sərhədi yararaq Sumı vilayətinə daxil olmaq səyləri də daxildir”, - Popoviç bildirib.