.jpg)
BAKI, 8 aprel. TELEQRAF
Rusiya qoşunları Donetsk vilayətinin Çasiv Yar rayonunun cənubunda Ukrayna Silahlı Qüvvələrinin qalasını məhv edərək, Dnepr gölünün şimal sahil zonasına nəzarəti ələ keçirib.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumatda deyilir ki, Rusiya qüvvələri Ukraynanın mühüm mövqelərini məhv etdikdən sonra Çasiv Yarın şərq istiqamətində irəliləməyə davam edir.
“İrəliləyiş nəticəsində Dnepr gölünün şimal sahil zonası Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçib”, - Rusiya agentliyi bildirir.
Məlumatda şəhər ərazisinin aktiv şəkildə ələ keçirildiyi iddia olunur.