
BAKI, 7 aprel. TELEQRAF
Rusiya Ukraynaya qarşı iddialarından və gecikdirmə taktikasından əl çəkməli, ABŞ Prezidenti Donald Trampın atəşkəs rejiminin tətbiqi təklifini qəbul etməlidir.
Teleqraf xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“Artıq bir aya yaxındır Rusiya nəinki bunu qəbul etməkdən boyun qaçırır, həm də bir neçə gün əvvəl olduğu kimi, yenə mülki əhalini bombalamağa başlayıb”, - Fransa prezidenti qeyd edib.
Makron vurğulayıb ki, Avropa Trampın müharibəyə son qoymaq səylərini dəstəkləyir, Ukrayna və bütün avropalıların təhlükəsizliyinə zəmanət verəcək güclü və davamlı sülh istəyir:
“Ona görə də Rusiyanın iddialarından və gecikdirmə taktikasından əl çəkməsi, Prezident Trampın təklifi olan qeyd-şərtsiz atəşkəs rejimini, Prezident Zelenskinin martın 11-də Ciddədə razılaşdığı təklifi qəbul etməsi son dərəcə vacibdir”.