BAKI, 15 mart. TELEQRAF

Ukrayna ordusu Donetsk vilayətinin Pokrovsk rayonu ətrafında Rusiya qüvvələrinin hücumlarını dayandırıb. Bu istiqamətdə əməliyyat vəziyyəti stabilləşib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 68-ci “Yeqer” briqadası məlumat yayıb.

“Bu istiqamətdə vəziyyət stabilləşib. Düşməni Pokrovska yaxınlaşanda dayandırdıq. Artıq irəli gedə bilmirlər. Düşmənin ayrı-ayrı mövqelərə hücumları bir neçə aydır uğursuz şəkildə davam edir”, - məlumatda deyilir.

Briqada əlavə edir ki, Ukrayna Silahlı Qüvvələri cəbhənin müvafiq istiqamətində əks-hücuma başlayıb:

“Düşmən bundan sonra nəzarətə götürmək istədiyi Pokrovsk-Konstantinovka magistral yolundan geri çəkilib”.