BAKI, 26 fevral. TELEQRAF

Rusiya hərbi qüvvələri Ukraynanın şərqində irəliləyirlər. Son əməliyyatlar zamanı Donetsk vilayətinin Novoçerutuvate kəndi işğal edilib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq qrupu məlumat yayıb.

Bundan əlavə, ruslar Preobrajenka yaxınlığı və Topolyedə irəliləyiblər. “DeepState” həmçinin Rusiyanın Velikaya Novoselka ərazisində aktivliyinin artdığını bildirib.

Qeyd olunur ki, Rusiya qoşunları son bir həftədə Velika Novoselkanın şimalına doğru irəliləyiblər. Kəndin artıq ələ keçirildiyi deyilir.

Ukraynanın mövqelərinə qarşı ən böyük təzyiq Skudnı və Burlatski istiqamətindədir. Bu istiqamətdə rusların əsas hədəfi Baqatıra yolunun keçdiyi Komar qəsəbəsi və Ukrayna ordusunun Andriyevkada yerləşən maddi-texniki təchizat obyektləridir. Ruslar bütün cəhdlərinə baxmayaraq, indiyədək ora çata bilməyiblər.