
BAKI, 20 fevral. TELEQRAF
Donetsk vilayətinin Pokrovsk istiqamətindəki Rusiya qoşunları mühasirə təhlükəsini görəndə geri çəkiləcəklər.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Aydar” batalyonunun keçmiş komandiri Yevgeni Dikiy məlumat verib.
Onun proqnozuna görə, mühasirə təhlükəsi qarşısında qalan ruslar yaxın bir neçə gündə geri çəkilməli olacaqlar.
“Mən hələ də rusların o qədər axmaq olduqlarını düşünmürəm ki, orada ölümə qədər dayanacaqlar və bununla bizimkilərə onları mühasirəyə almaq imkanı verəcəklər. Düşünürəm ki, bu təhlükə aşkar olanda sürünə-sürünə geri çəkiləcəklər”, - Dikiy bildirib.