BAKI, 6 avqust. TELEQRAF
Yaponiya hökuməti nüvə silahına sahib olmamaq, onu istehsal etməmək və ölkəyə buraxmamaq kimi üç əsas qaydaya sadiq qalacaq.
Teleqraf xəbər verir ki, bu barədə Yaponiya Baş naziri Sanae Takaiçi Xirosima faciəsinin 81-ci ildönümündə atom bombasından sonra sağ qalan insanlarla görüşü zamanı bildirib.
"Biz bu üç qaydaya əməl etməyə və dünyanı təhlükəli nüvə silahından təmizləmək üçün işimizə davam edəcəyik",- o qeyd edib.