BAKI, 21 yanvar. TELEQRAF
Qırğızıstan parlamentinin (Joqorku Keneş) üzvü Marlen Mamataliyev “Etil spirtinin istehsalı, idxalı, saxlanması və satışı üzrə dövlət inhisarı və spirt istehsalının dövlət tənzimlənməsi haqqında” Qanuna düzəlişlər layihəsi hazırlayıb.
Teleqraf xəbər verir ki, sənəd ictimai rəy üçün parlamentin saytında dərc edilib.
Sənədə əsasən, bəzi istisnalarla saat 23:00-dan 08:00-dək spirtli içkilərin pərakəndə satışına icazə verilmir.
Qanun layihəsində həmçinin əhalinin sıx yaşadığı ərazilərin mərkəzi meydanları, parklar, bağlar, istirahət zonaları, əyləncə kompleksləri və digər ictimai məkanlardan 100 metr aralıda spirtli, alkoqolsuz və az alkoqollu içkilərin satışının qadağan edilməsi təklif olunur.